Putin İŞİD təhlükəsinin hələ qaldığını bildirib

İŞİD terror qruplaşması hərbi məğlubiyyətə baxmayaraq, dünyanın müxtəlif yerlərində hücumlar həyata keçirməyə hələ qadirdir və onun qarşısını almaq üçün beynəlxalq qarşılıqlı əməkdaşlığın yeni formaları haqqında düşünmək lazımdır. RİA "Novosti" xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putinin Moskvada keçirilən beynəlxalq təhlükəsizlik konfransının iştirakçılarına ünvanladığı müraciətdə deyilir. Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev tərəfindən oxunan müraciətdə deyilir: "Hərbi məğlubiyyətinə baxmayaraq, bu terror qruplaşması xeyli dağıdıcı potensialını, taktikanı tez dəyişdirmək bacarığını və dünyanın müxtəlif ölkə və regionlarda terror hücumları törətmək imkanını saxlayır. Digər ekstremist strukturlar da böyük təhlükə mənbəyidir".Report

DİGƏR XƏBƏRLƏR

Top