Tramp Baltikyanı ölkələrə 170 milyon dollar hərbi yardım ayıracaq

Baltikyanı dövlətlərin liderlərinin ABŞ Prezidenti Donald Trampla dördtərəfli görüşü keçirilib.

Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, görüş zamanı bu ölkələrin hərbi xərcləri üçün 170 milyon dollardan çox vəsaitin ayrılması barədə razılıq əldə olunub.
Həmin məbləğdən təqribən 100 milyon dolları iriçaplı sursatların alışına, 70 milyon dollarından çoxu isə hərbçilərin təlim keçirilməsinə və təchizatın alınmasına xərclənəcək.

Bu tədbirlər Baltikyanı dövlətlərin silahlı və təhülkəsizlik qüvvələrininin hazrılıq səviyyəsini yüksəltməyə istiqamətlənib.

DİGƏR XƏBƏRLƏR

Top