Erməni ekspert: "Azərbaycana girişi qadağan olunan Türkiyə məhsulları Ermənistanda sərbəst satılır"

"Türkiyə istehsalı olan və insan sağlamlığına zərər verən məhsulların idxalı əksər ölkələrdə qadağan olunsa da bu məhsulların Ermənistana gətirilməsi hələ də davam edir".

Yeniavaz.com xəbər verir ki, bu sözləri Ermənistan Milli Elmlər Akademiyasının qida məhsularına nəzarət departamentinin şöbə müdiri David Pipoyan keçirdiyi mətbuat konfransında deyib. Erməni ekspert mətbuat konfransında xüsusi olaraq vurğulayıb ki, artıq Azərbaycan Türkiyə istehsalı olan 130 adda məhsulun ölkəyə idxalına qadağa qoyub: "Azərbaycanın belə ölkəyə idxalına qadağa qoyduğu məhsullar Ermənistan bazarlarında sərbəst şəkildə satılır. Bu məhsullar arasında kənd təsərrüfatı məhsulları, qənnadı məhsulları xüsusi yer tutur. Onların əksəriyyəti heç bir standartlara cavab vermir və insan sağlamlığı üçün təhlükəlidr. Artıq Avropada bu məhsulların girişinə qadağa qoyulub".

Pipoyan Ermənistanın müvafiq dövlət strukturlarından tələb edib ki, Türkiyədən gətirilən məhsullar üzərində nəzarəti artırsınlar.

Məlumat üçün bildirək ki, ötən gün Qida Təhlükəsizliyi Agentliyi tərkibində insan həyatı və sağlamlığı üçün təhlükə yarada bilən, etiketlənməsində qeyd olunmayan qida və qida əlavələrinin olduğu Türkiyədən Azərbaycana ixracı ehtimal olunan 119 adda istehsalçıya məxsus məhsulların siyahısını hazırlayıb.

DİGƏR XƏBƏRLƏR

Top