ABŞ Mənbicdə 2 hərbi baza tikir

ABŞ Suriyanın şimalında Fərat çayının qərb sahilində YPG/PKK terror təşkilatının işğal etdiyi Mənbic rayonunda iki hərbi baza tikir.

Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, ABŞ rayonun şimalındakı Dadat kəndinin cənub-qərbində müşahidə məntəqəsi kimi istifadə etdiyi sahəni genişlədərək bazaya çevirir.

ABŞ ordusu bu məqsədlə bölgəyə xeyli sayda inşaat materialları və iş maşını göndərib. ABŞ digər bazanı cəbhə xəttindən 4 kilometr aralıda inşa edir. Buradakı baza Dadat kəndinin cənubunda yerləşir.

Xatırladaq ki, ötən gün ABŞ Mənbicə 300-dək hərbçi göndərib.

DİGƏR XƏBƏRLƏR

Top