Rusiya ukraynalı nazirə qarşı cinayət işi qaldırdı

Rusiya İstintaq Komitəsi Ukraynanın daxili işlər naziri Arsen Avakova qarşı cinayət işi qaldırıb.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu komitənin rəsmi nümayəndəsi Svetlana Petrenko deyib. Onun sözlərinə görə, cinayət işi Rusiya prezidenti seçkilərində Ukraynadakı Rusiya vətəndaşlarına qarşı səsvermə zamanı maneələrin yaradılmasına görə açılıb.

Qeyd edək ki, Ukrayna polisləri martın 18-də Rusiyanın Kiyevdəki səfirliyinə və üç şəhərdəki konsulluqlarına girişi təcrid edib.

Rusiyalılara səsvermədə iştirak etməyə imkan verməyiblər. İstintaqın məlumatına əsasən, bu barədə müvafiq sərəncamı S. Avakov verib.

DİGƏR XƏBƏRLƏR

Top