Mingəçevirdə 3 qadını maşın vurub

Mingəçevir şəhərində 3 nəfərin ağır xəsarət alması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. Yeniavaz.com xəbər verir ki, hadisə Mingəçevir şəhərinin Heydər Əliyev prospektində, bazarın qarşısında qeydə alınıb. “Mercedes” markalı minik avtomobili yolu keçən 3 qadını - 1978-ci il təvəllüdlü Qaraşova Yeganə Ədalət qızını, 1948-ci il təvəllüdlü Qaradilova Tamara Akif qızını və 1958-ci il təvəllüdlü Məmmədova Fəridə Məmmədəli qızını vurub. Hər üç yaralı təcili tibbi yardım stansiyasının avtomobili ilə Mingəçevir şəhər Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstələrin vəziyyəti ilə bağlı xəstəxananın həkim-travmotoloqu İlham Cəfərov Yeniavaz.com saytına açıqlamasında bildirib ki, Qaraşova Yeganə Ədalət qızı bədənin çoxsaylı sıyrıqları müşahidə olunub, Qaradilova Tamara Akif qızı bədənin sağ tərəfində sıyrıqlar və Fəridə Məmmədovanın sağ incə sümüyündə qırıqlar olub. Hər üç xəstəyə yardım olunub, hazırda vəziyyətləri qənaətbəxşdir.

Faktla bağlı Mingəçevir şəhər Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top