Kanalda batmış 14 yaşlı oğlanın meyiti tapılıb VİDEO

Mingəçevirdə yeniyetmə su kanalında boğulub.

Yeniavaz.com xəbər verir ki, hadisə Yuxarı Qarabağ kanalının Mingəçevirin Energetiklər qəsəbəsi ərazisindən keçən hissəsində baş verib.

Kəlbəcər rayonundan olan məcburi köçkün, Mingəçevir şəhərində yaşayan 2004-cü il təvəllüdlü Qafarzadə Nicat Azər oğlu həmyaşıdları ilə birlikdə kanalda çimərkən batıb.

Fövqəladə Hallar Nazirliyinin dalğıcları əraziyə cəlb olunub, axşam saatlarında

Nazirliyin Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu batan oğlanı sudan çıxarıblar.

Esmira Hidayətova, Mingəçevir.

Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top