DİN "İnstagram"da da fəaliyyətə başladı

Aprelin 1-dən Daxili İşlər Nazirliyinin rəsmi “İnstagram” səhifəsi də fəaliyyətə başlayıb.

Səhifədə daxili işlər orqanlarında baş verən yeniliklər, hüquqi və struktur islahatları, keçirilən maarifləndirici, profilaktiki tədbirlər, açılan cinayət hadisələri barədə xəbərlərin operativ və obyektiv yayımının təşkili həyata keçiriləcək.

“azerbaycan.din” adı ilə yaradılan səhifə daxili işlər orqanlarının cinayətkarlıqla mübarizədə, ictimai təhlükəsizliyin təminində, əməliyyat, xidməti fəaliyyəti, fiziki, döyüş və peşə hazırlığı, beynəlxalq əlaqələri, əməkdaşların elm, təhsil, mədəniyyət, idman və digər sahələrdə qazandığı uğurlar, eləcə də, həyata keçirilən profilaktiki tədbirlər, ictimaiyyətlə görüşləri və digər mövzularda müxtəlif səpkili materiallarla tanış olmaq mümkündür.qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top