Soğan ixracı 16 dəfə artıb

Hazırda 148 ölkədə hər il 110 milyon tondan çox soğan istehsal edilir. Yeniavaz.com Kənd Təsərrüfatı Nazirliyinın açıqladığı məlumata istinadən bildirir ki, son 15 il ərzində dünya üzrə soğan idxalının həcmi natural ifadədə 2 dəfə, dəyər ifadəsində isə 3 dəfə artıb. Azərbaycanda 2016-cı ildə 178 min ton baş soğan istehsal edilib. Baş soğanın məhsuldarlığı 15 ton/ha təşkil edir. Araşdırmada göstərilir ki, Azərbaycandan soğan ixracı təcrübəsi hər il kiçik həcmdə faraş məhsul ixracı ilə xarakterizə olunurdu. Lakin 2017-ci ildən etibarən ölkəmizdən soğan ixracı kəskin şəkildə artaraq tarixi rekord həcmdə olub. Soğan ixracı 2017-ci ildə 15,7 milyon dollar təşkil edib və əvvəlki illə müqayisədə 16 dəfə artıb. Ötən il soğan ixracının 63 faizindən çoxu Rusiyanın payına düşüb. Mövcud dünya bazar qiymətləri kontekstində Azərbaycandan soğan ixracı, xüsusilə devalvasiyadan sonra, çox perspektivli görünür. Hazırda yerli bazarda 1 ton baş soğan topdansatış bazarda təqribən 160 dollara (0,27 AZN/kq) təklif olunur. Azərbaycandan region dövlətlərinə soğan ixracını artırmaq üçün potensial bazar tələbatı mövcuddur. 2016-cı ildə Azərbaycandan soğanın orta ixrac qiyməti 310 dollar/ton olub. Potensial ixrac bazarlarında soğanın idxal qiyməti bu bazarlara çıxış imkanlarımızı artıran daha bir faktordur. Belə ki, 2016-cı ildə Rusiyada soğanın 1 tonun idxal qiyməti 408, Səudiyyə Ərəbistanında isə 420 dollar olub.

DİGƏR XƏBƏRLƏR

Top