Süleyman Şah türbəsi Suriyaya qaytarılacaq

Suriyada Türkiyənin anklavı hesab olunan və 2015-ci ilin fevralında İŞİD terror təşkilatı ilə mübarizə zamanı təhlükəsizlik məqsədləri ilə Suriyadan çıxarılan Süleyman Şah türbəsi əvvəlki yerinə qaytarılacaq. Bunu Türkiyə baş nazirinin müavini Fikri İşık deyib. O qeyd edib ki, İŞİD təhdidi ilə əlaqədar türbə üç il Türkiyə-Suriya sərhədindəki Eşme kəndinə köçürülmüşdü. Nazir müavini türbənin əvvəlki yerinə qaytarılacağı dəqiq tarixi açıqlamayıb.

Qeyd edək ki, 1921-ci ildə imzalanmış beynəlxalq müqaviləyə əsasən Süleyman Şah türbəsi Türkiyənin anklavı hesab olunur. Türbəni Kobani rayonunda 40-a yaxın türk hərbçisi qoruyurdu.Trend

DİGƏR XƏBƏRLƏR

Top