Rusiyada yeni raket əleyhinə silah sınaqdan keçirilib


Rusiyanın müdafiə nazirliyi bildirib ki, növbəti sınaq buraxılışı uğurla keçib. Raket əleyhinə müdafiə sistemi Moskvanın hava-kosmik hücumundan müdafiəsi üçün nəzərdə tutulub. RF-nın Müdafiə Nazirliyindən bildiriblər ki, Rusiya Hava Kosmik Qüvvələri (KHQ) yeni təkmilləşdirilmiş PRO sistemli raketini Qazaxıstanın Sarı-Şaqan poliqonunda uğurla sınaqdan keçirib. Bu haqda məlumat “Krasnaya zvezda” qəzetində dərc edilib. “Yeni təkmilləşdirilmiş raket əleyhinə müdafiə sistemli raket qarşıya qoyulan vəzifəni uğurla yerinə yetirib və şərti hədəfi təyin edilmiş vaxtda zərərsizləşdirib”, - dərc edilmiş məlumatda deyilir.

Qeyd olunur ki, raket əleyhinə müdafiə sistemi KHQ-nin silahlanmasının tərkibinə daxildir və Moskvanın kosmik-hava hücumu vasitələrinin zərbələrindən qorunması, həmçinin raket hücumu barədə xəbərdarlıq sisteminin maraqları çərçivəsində qoyulmuş məqsədlərin yerinə yetirilməsi və kosmik fəzaya nəzarət edilməsi üçün təyin edilib. Bundan əvvəl xəbər verilmişdi ki, Rusiya Federasiyası Kinjal yüksək dəqiqlikli aviasiya raketləri kompleksinin hipersəsli raketləri hərbi-tədris buraxılışını uğurla yerinə yetirib.Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top