Ərdoğan İsraili terror siyasəti yürütməkdə ittiham edib

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan İsrailin baş naziri Binyamin Netanyahunu Türkiyyə ordusunun guya mülki əhaliyə qarşı cinayətlər törətməsinə dair ittihamlarına görə sərt tənqid edib və, öz növbəsində, Tel-Əvivi terror siyasəti yürütməkdə ittiham edib. RİA Novostinin xəbərinə görə, R. T.Ərdoğan Netanyahunu qəribə və absurd bəyanatlar verməkdə günahlandırıb: "Türkiyyə terrorçuluqla qətiyyətli mübarizə apardığı halda, İsrail, cinayətkarlıqla mübarizə aparmaq əvəzinə, terror siyasəti yürütməkdə davam edir".Türkiyə prezidenti Netanyahunu fələstinlilərə təzyiq siyasətindən və Ankaranı tənqid etməkdən əl çəkməyə çağırıb: "Netanyahu səmimi olmalıdır və Türkiyəni tənqid etməyə son qoymalıdır".

Qeyd edək ki, Türkiyə XİN-i bundan əvvəl Tel-Əvivi dinc etirazçılara qarşı həddindən artıq gücdən istifadə etməkdə ittiham edib və İsraildən buna son qoymağı tələb edib. Daha sonra R.T.Ərdoğan İsraili sərt tənqid edib.

DİGƏR XƏBƏRLƏR

Top