Bu ölkədə plastik butulkalara vergi qoyulacaq

"The Telegraph" qəzeti yazır ki, Britaniya hökuməti okeanları çirkləndirən tullantılarda plastik materialların azaldılması məqsədilə plastik butulkalara 22 pens vergi qoymağı planlaşdırır.

Ətraf Mühit Nazirliyi bu məqsədlə Danimarka, İsveç və Almaniyada olduğu kimi belə butulkaların məntəqələrdə qəbulunu təşkil etmək niyyətindədir.

Bu sxemə görə Avropa müştərisi plastik butulkanı məntəqələrə qaytardıqda alış zamanı ödədiyi 8-22 pensi geri almaq hüququna malik olur.

Bu məqsədlə insanlar plastik, metal və şüşə tullantılarını xüsusi dəzgahlara daxil edə biləcəklər.

Son vaxtlar okean sularının plastik butulkalar və başqa əşyalarla çirklənməsi ciddi təhlükə həddinə çatıb.

Bəzi hesablamalara görə dünya okeanında 150 milyon ton plastik var.

Alimlər bildirirlər ki, hər il bir milyon quş və 100 minədək məməli bu plastik maddələri yeməkdən və ya onlara ilişib qalmaqdan tələf olur.milli.az

DİGƏR XƏBƏRLƏR

Top