Bundan sonra kredit götürmək asan olacaq (VİDEO)

Bundan sonra kredit götürmək daha asan olacaq.

Daşınmaz əmlakla yanaşı, hər bir şəxs daşınar əmlakını da girov qoya biləcək. Daşınar əmlakın reyestrinin yaradılması buna imkan verəcək.

Maliyyə Bazarlarına Nəzarət Palatası tərəfindən yaradılan xidmət sahibinin arzusundan asılı olaraq, istənilən daşınar əmlakı qeydiyyata almağa və bundan yararlanmağa imkan verir. Reyestrin gətirəcəyi ən böyük üstünlük daşınar əmlakın girov kimi istifadə edilməsidir. Daşınar əmlak dedikdə bura fabrik və zavodlardakı avadanlıq və dəzgahlar, eyni zamanda mobil telefonlara, dəftərxana ləvazimatından, ev heyvanlarınadək çoxsaylı əmlak aiddir.

Reyestrinin yaradılması kredit alınmasını asanlaşdırmaqla bərabər kredit faizlərinin aşağı olmasına da təsir edəcək. Bu da kiçik və orta sahibkarlığın inkişafına təkan verəcək.

Daha ətraflı videomatrealda tanış ola bilərsiz.Real TV

kredit

DİGƏR XƏBƏRLƏR

Top