Ucarda mağazadan oğurluq edilib

Ucarda oğurluq hadisəsi baş verib. Hadisə gecə saatlarında şəhərin 20 Yanvar küçəsində yerləşən mağazada qeydə alınıb. Alim Namət oğlu Məmmədov ona məxsus ərzaq mağazasından 8 min manatlıq oğurluq edildiyini bildirib. Bu, müharibə veteranı olan A. Məmmədova məxsus mağazadan ikinci oğurluq hadisəsidir. İlk hadisə ötən il baş verib. Hadisə barədə rayon Polis Şöbəsinə məlumat verilib. APA

DİGƏR XƏBƏRLƏR

Top