
Fransanın mərkəzi hissəsində kiçik ikimühərrikli təyyarə avtomagistral yola düşüb. Yeniavaz.com-un TASS agentliyinə istinadən verdiyi məlumata görə, insident nəticəsində təyyarədəki iki nəfər həlak olub. Hadisə Sen-Şamon şəhəri ərazisində baş verib. Şahidlərin verdiyi ifadəyə əsasən, pilot idarəetməni itirib. Nəticədə təyyarə xeyli aşağı enib, birbaşa yolun üzərindən uçaraq yol nişanlarına toxunub. Ardından yoldakı qəza dayanacağına düşüb, maşınlarla toqquşmayıb.
Tətbiqimizi yükləyə bilərsiniz