Ötən il Ermənistanda işsizlərin sayı əvvəlki illə müqayisədə 0,6% və ya 1,3 min nəfər azalaraq 218,9 min nəfər olub. Yeniavaz.com Ermənistan mətbuatında yer alan məlumatlara istinadən bldirir ki, bu barədə bu ölkənin Milli Statistika Xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, 2016-cı ildə Ermənistanda 220,2 min işsiz olub. Açıqlanan statistikaya görə, işsizlərin 116,7 mini kişi və 102,2 min qadın olub.
Məlumatda qeyd olunur ki, 2017-ci ilədə Ermənistanda əmək ehtiyatları 2 milyon 21,4 min nəfər təşkil edib (0,49% artım), iqtisadi fəal əhalinin sayı isə 1 milyon 230,8 min nəfər olub (0,36% artım).
Beləliklə, ölkədə işsizlik səviyyəsi 17,7%, şəhərlərdə isə işsizlik səviyyəsi 25,1%, kəndlərdə isə 7,7% təşkil edib.