Britaniya 50-dən çox diplomatını Rusiyadan çıxarmalıdır

Böyük Britaniyanın Rusiyadakı diplomatik missiyasındakı əməkdaşların sayı 50-dən çox azaldılmalıdır. Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova özünün “Facebook” səhifəsində yazıb. O, xatırladıb ki, Rusiya tərəfi paritet təklif edib. M. Zaxarova qeyd edib ki, heyət sayı arasında fərq 50-dən çox nəfər olmaqla Britaniya tərəfinin xeyrinədir”. Xatırladaq ki, rəsmi London daha əvvəl “Skripalın işi” üzrə 23 rusiyalı diplomatı ölkədən çıxarmışdı.

DİGƏR XƏBƏRLƏR

Top