Xaricdən göndərilən pullar 1,8 dəfə artıb, ölkədən çıxarılan pullar isə 1,4 dəfə azalıb

Ötən ilin yanvar-dekabr aylarında təkrar gəlirlər üzrə xarici ölkələrlə aparılan əməliyyatların ümumi dəyəri 1,5 milyard dollar məbləğində qiymətləndirilib. Yeniavaz.com Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, daxilolmalar 1,1 milyard dollar, ödənişlər isə 404,3 milyon dollar təşkil edib. Təkrar gəlirlər üzrə ümumi daxilolmaların 92%-i xarici ölkələrdən fiziki şəxslərin pul baratları, 5%-i ölkəyə gətirilən humanitar və yardım mallarının dəyəri, 3%-i isə digər daxilolmalar təşkil edir. Ölkəyə göndərilən pul baratlarının həcmi 1,8 dəfə artaraq 1 milyard 20,2 milyon dollar, ölkədən çıxarılan pul baratlarının həcmi isə 1,4 dəfə azalaraq 342,9 milyon dollar olub (valyuta rejiminin sərtləşməsindən sonra köçürmələr azalıb). Nəticədə pul baratları üzrə 677,3 milyon dollar müsbət saldo yaranıb. Bütövlükdə, təkrar gəlirlər üzrə əməliyyatların saldosu müsbət 708,6 milyon dollar təşkil edib.

DİGƏR XƏBƏRLƏR

Top