Küləyin aşırdığı yük maşınlarının VİDEOSU

Dünən Bakıda müşahidə olunan güclü küləyin aşırdığı yük maşınlarının görüntüsü yayılıb.

Sosial şəbəkələrdə yayılan video Sahil qəsəbəsində çəkilib.

Belə ki, 3 yük maşını idarəetmədən çıxaraq aşıb.

Avtomaşınlardan ikisi qoşqulu yük maşınlarıdır. Onlardan birinin qeydiyyat nişanı Gürcüstana, digərinin isə Türkiyəyə məxsusdur. "Scania" və "Iveco" markalı hər iki yük maşını Bakıdan Qazax istiqamətində hərəkət edərkən sol yanı üstündə aşıb və bu istiqamətdə ciddi maneə yaradıb.

"Hyundai" markalı digər yük maşını isə paytaxt istiqamətində hərəkət edən zaman aşıb və yolun kənarındakı dərəyə yuvarlanıb. Avtomaşının özəl şirkətlərdən birinə məxsus olduğu deyilir. Qafqazinfo

video

DİGƏR XƏBƏRLƏR

Top