150 milyon istifadəçinin məlumatları oğurlandı - Növbəti qalmaqal

ABŞ-ın məşhur idman geyimləri və ayaqqabıları istehsalçısı “Under Armour” şirkətinin “MyFitnessPal” adlı tətbiqi kiber hücuma məruz qalıb.

Hücum nətisəində 150 milyon istifadəçinin məlumatları oğurlanıb.

Şirkətdən bildirilib ki, hadisə fevralda baş versə də, bunu yalnız 24 martda hiss ediblər. Qeyd edilib ki, hakerlər istifadəçilərin adlarını, şifrələrini və e-mail hesablarını ələ keçiriblər. Lakin, bank kartlarının məlumatları bu hücumdan təsirlənməyib.

Bu açıqlamadan sonra “Under Armour” şirkətinin səhmlərinin dəyəri 16,35 dollardan 15,85 dollara geriləyib.

Qeyd edək ki, son zamanlarda buna bənzər kütləvi kiber hücumlar artmaqdadır. “Cambridge Analytica” “Facebook”da 50 milyon istifadəçinin məlumatlarını şəxsi məqsədlər üçün istifadə etmiş, “Equifax” şirkətinin isə 148 milyon üzvünün məlumatları oğurlanmışdı. qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top