Vahid Ələkbərov varisindən danışdı

“Lukoyl” şirkətinin növbəti rəhbəri çox güman ki, şirkətin özündən top-menecer olacaq.

Yeniavaz.com-un “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bunu “Lukoyl” neft şirkətinin hazırki prezidenti Vahid Ələkbərov deyib.

Onun sözlərinə görə, “Lukoyl”da rəhbərliyi şirkətdən təyin etmək ənənəsi var: “Mən varisimi yaxın illərdə hazırlayacağam. Əbəttə ki, Prezident Putin ilə daha da işləmək istərdim. Mənim və şirkətin ölkə rəhbərliyi, hökumət arasında möhkəm dialoq qurulub, bu da bizə 25 il sabit inkişaf etməyə imkan verib”.

DİGƏR XƏBƏRLƏR

Top