Ankaradan Makrona sərt YPG cavabı

Türkiyə Prezidentinin mətbuat katibi İbrahim Kalın Fransanın dövlət başçısı Emmanuel Makronun YPG təklifinə sərt reaksiya verib.

Yeniavaz.com-un “TRT Haber” telekanalına istinadən verdiyi məlumata görə, İ. Kalın Ankaranın Fransa Prezidentinin ciddilikdən uzaq yanaşmalarını rədd etdiyini bildirib.

Onun sözlərinə görə, Türkiyənin Suriya Demokratik Qüvvələri (SDQ) adı altında özünü leqallaşdırmağa çalışan PKK/PYD/YPG ilə bağlı mövqeyi aydın və konkretdir: “Türkiyə ilə bu cür terror strukturları arasında dialoq, təmas, vasitəçilik kimi ciddilikdən uzaq yanaşmaları rədd edirik. Terror strukturlarını qanuniləşdirmək anlamına gələcək addımlar atmaq əvəzinə dost və müttəfiq bildiyimiz ölkələr terrorun hər növünə qarşı aydın və konkret mövqe nümayiş etdirməlidir. Müxtəlif ad və uniformalar terror təşkilatının həqiqi kimliyini gizlədə bilməz”.

Xatırladaq ki, E. Makron ötən gün SDQ-nin nümayəndə heyəti ilə görüşüb və Parisin onlara dəstəyini bəyan edib. Fransa Prezidenti, həmçinin Parisin vasitəçiliyi ilə Türkiyə və SDQ arasında dialoqun qurulmasına ümid etdiyini bildirib.

DİGƏR XƏBƏRLƏR

Top