ABŞ tezliklə Suriyanı tərk edəcək

İŞİD terror qruplaşması darmadağın edildikdən sonra ABŞ Suriyanı tərk edə bilər. “Gazeta.ru”nun xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Tramp deyib. “Biz İŞİD-i məhv etməkdəyik, biz tezliklə Suriyanı tərk edəcəyik. İndi qoy başqaları bunun qayğısına qalsın. Biz isə öz ölkəmizə qayıdacağıq”, - deyə Tramp qeyd edib. “İŞİD zəbt etdiyi ərazilərin 100 faizində nəzarəti itirəcək”, - deyə Tramp əlavə edib. APA

DİGƏR XƏBƏRLƏR

Top