Bu gün avtobus gözləyəndə diqqətli olun - Xəbərdarlıq

Hazırda paytaxtda müşahidə edilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

Yeniavaz.com xəbər verir ki, Bakı Nəqliyyat Agentliyinin yaydığı xəbərdarlıqda sərnişinlərdən dayanacaq pavilyonlarında avtobus gözləyərkən diqqətli olmalarını tövsiyə edilir.

Həmçinin, Nəqliyyat Mübadilə Mərkəzlərinin ərazisində yolun hərəkət hissələrinə çıxmamaq, yalnız müəyyən edilmiş dayanacaq məntəqələrində avtobuslara minib düşmələri xahiş edilir.

DİGƏR XƏBƏRLƏR

Top