Azərbaycanda qənnadı məhsullarına olan tələbatın təxminən 40%-i yerli istehsal hesabına təmin olunur. Yeniavaz.com xəbər verir ki, bu barədə “Veysəloğlu” şirkətinin Biznesə dəstək üzrə baş direktoru İlqar Nuri məlumat verib. İlqar Nuri bildirib ki, 3-4 il əvvəl bu göstərici təxminən 15-20%-i civarında olub.
“Veysəloğlu” şirkətinin rəsmisi bəyan edib ki, onların əsas məqsədin bu məhsullara olan tələbatı yerli istehsal hesabına təmin etməkdir: "Yerli istehsalın artmasının bir sıra üstünlükləri var. Onlardan biri də ölkədən valyuta axınının qarşısını alır".
İlqar Nuri həmçinin qeyd edib ki, təmsil etdiyi şirkətin istehsal etdiyi qənnadı məhsullarının 20%-ə qədəri ixraca yönəlsə də, 80%-i daxili bazarda satılır. Baş direktor hazırda 20-dən artıq ölkəyə qənnadı məhsulları ixrac etdiklərini bildirib.