Rusiyanın ABŞ-dakı aktivlərinə həbs qoyula bilər

Rusiya Baş Kəşfiyyat İdarəsinin keçmiş əməkdaşı, istefada olan polkovnik Sergey Skripalın qızı Yuliya ilə birlikdə İngiltərədə zəhərlənməsi ilə əlaqədar Rusiyanın ABŞ-dakı aktivlərinə həbs qoyula bilər. Rusiya mətbuatının məlumatına görə, bunu ABŞ-ın Rusiyadakı səfiri Con Hantsman (Jon Huntsman) deyib. "Bilmirəm, bizim gələcəyimiz necə olacaq, amma ümid edirəm ki, münasibətləri sabitləşdirə biləcəyik. Qarşımızda duran bəzi problemləri konstruktiv şəkildə həll etməsək, normal münasibətlərimiz olmayacaq. Aktivlərə həbs qoyulması isə mümkündür", - deyı o, qeyd edib. Xatırladaq ki, martın 26-da Böyük Britaniyanın müdafiə naziri Qevin Uilyamson (Gavin Williamson) Rusiya vətəndaşlarına məxsus, mənşəyi məlum olmayan aktivlərinə həbs qoymağa qərar verib. Report

DİGƏR XƏBƏRLƏR

Top