Mina təmizləyənlər Qarabağda minaya düşdülər: 3 ölü, 2 yaralı

Böyük Britaniyaya məxsus “Halo Trust” beynəlxalq humanitar minatəmizləmə şirkətinin 3 əməkdaşı həlak olub. Ermənistan KİV xəbər verir ki, hadisənin Azərbaycanın işğal altındakı Ağdərə rayonu istiqamətində baş verdiyi bildirilir. Mina təmizləmə zamanı “Halo Trust” şirkətinin 3 əməkdaşı həlak olub, 2 əməkdaşı isə ağır xəsarət alıb. Təşkilatın Xankəndində yerləşən ofisindən verilən məlumata görə, hazırda bütün əməkdaşlar hadisə yerinə gedib. Ölən və xəsarət alanların adları və milliyəti dəqiqləşdirilir. Modern.az

DİGƏR XƏBƏRLƏR

Top