Gənclərdə unutqanlığın 10 SƏBƏBİ

Keyfiyyətsiz qidalardan istifadə alışqanlığı, yuxu pozuqluğu, vitamin çatışmazlığı və depressiya... Gənclər arasında tez-tez rast gəlinən və unutqanlığa səbəb olan bu problemlər, başqa ciddi xəstəliklərin də əlaməti ola bilər.

Yeniavaz.com-un Türkiyə KİV-nə istinadən məlumatına görə, nevroloq Birsen Aydın deyib ki, kompüter və mobil telefonun yaşamın bir parçası halına gəlməsi, unutqanlıq yaşının gəncləşməsinə səbəb olur: "Beyində təxminən 50 milyarda qədər hüceyrə var, onlar bir-biri ilə əlaqəli şəkildədir. İnsan yaşlandıqca beyin də yaşlanır və hüceyrələr azalır. Gənclər arasında unutqanlığın artmasında şübhəsiz ki, mobil telefon və kompüterdən asılı hala düşməyin böyük təsiri var".

Nevroloq gənclər arasında unutqanlığın artmasının 10 səbəbini belə sıralayıb:

1. Kompüter və "ağıllı telefon"lardan intensiv istifadə.

2. Depressiya, stress.

3. Lazımsız bir çox bilgi.

4. Yuxu pozuqluğu.

5. B12-D3 vitaminlərinin azlığı.

6. Tiroid hormon pozuqluğu.

7. Beyin travmaları.

8. Nizamsız yaşam.

9. Yanlış qidalanma alışqanlığı.

10. Kitab oxuma alışqanlığının olmaması.

DİGƏR XƏBƏRLƏR

Top