"Bina məsələsi həllini taparsa, İlahiyyat İnstitutuna qəbul həyata keçiriləcək"

"Azərbaycan İlahiyyat İnstitutu ilə bağlı Azərbaycan prezidentinin imzaladığı fərmana uyğun olaraq vəzifələr müəyyənləşdirilib. Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Təhsil Nazirliyi, Nazirlər Kabinetinin müvafiq qurumları lazımi tədbirləri həyata keçirib". Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib. M. Qurbanlı bildirib ki, sifarişlər verilib, qəbul olunacaq tələbələrin sayı, ixtisaslar müəyyənləşib: "Lakin hələlik İlahiyyat İnstitut üçün yer ayrılması məsələsi açıq qalır. İnşallah, yaxın vaxtlarda bu məsələ də həllini tapar. Bu il görülən işlər davamlı olarsa, bina məsələsi həllini taparsa, İlahiyyat İnstitutuna qəbul həyata keçiriləcək". Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyevin 9 fevral tarixli sərəncamına əsasən, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi öz tabeliyində Azərbaycan İlahiyyat İnstitutu yaradılıb. Təhsil Nazirliyinə Bakı Dövlət Universitetinin İlahiyyat fakültəsinin Azərbaycan İlahiyyat İnstitutunun strukturuna daxil edilməsini təmin etmək tapşırılıb.APA

DİGƏR XƏBƏRLƏR

Top