ABŞ Suriyada siyasi partiya qurdu

Suriyada YPG/PKK-nın işğalı altında olan ərazilərdə “Suriyanın gələcəyi” adlı partiya qurulub.

Yeniavaz.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, partiya ABŞ-ın təşəbbüsü ilə qurulub. Partiyanın tərkibində Suriyanın ərəb əhalisinin də olduğu qeyd edilir.

Siyasi strukturun yaradılması Hasekede təşkil edilən konqresdə elan edilib. Partiyanın sədri vəzifəsinə İbrahim Katfan gətirilib. O, Suriyada davam edən daxili münaqişədən əvvəl hakim “Baas” partiyasının Mənbic təşkilatının üzvü olub.

İ. Katfan Mənbic YPG/PKK tərəfindən işğal edildikdən sonra terror təşkilatın qurduğu qondarma yerli məclisin sədri seçilib. Partiyanın yaradılmasında məqsəd Suriyada YPG/PKK ilə ərəbləri yaxınlaşdırmaq və təşkilatı Əsəd rejimi ilə müzakirə masasına hazırlamaqdır.

DİGƏR XƏBƏRLƏR

Top