MDB ölkələrinə satdığımız məhsullar aldığımız məhsullardan az olub

Ötən il Azərbaycan Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv olan ölkələrə 1 milyard 50,1 milyon dollar dəyərində məhsul ixrac edib və həmin ölkələrdən 2 milyard 396,2 milyon dollar dəyərində məhsul idxal edib. Yeniavaz.com MDB Dövlətlərarası Statistika Komitəsindən açıqlanan məlumatlara istinadən bildirir ki, Azərbaycan və MDB-yə üzv ölkələr arasında həyata keçirilən ticarət dövriyyəsində 1 milyard 346,1 milyon dollarlıq mənfi saldo yaranıb.

Məlumat üçün bildirək ki, Tacikistan istisna omaqla digər MDB ölkələrinə satdığımız məhsulların dəyəri aldığımız məhsulların dəyərindən az olub. Nəticədə MDB ölkələrilə olan ikitərəfli ticarət əlaqələrində mənfi saldo qeydə alınıb.

Ən böyük fərq Özbəkistanla olan ticarət əlaqələrində qeydə alınıb. 2017-ci il ərzində Azərbaycan Özbəkistana 4 milyon dollar dəyərində məhsul ixrac edib və bundan 6,5 dəfə çox - 26 milyon dollarlıq məhsul idxal edib. Özbəkistala olan ticarət əlaqələrimizdə 22 milyon dollarlıq mənfi saldo yaranıb.

Bundan başqa ötən il ərzində Belarusla olan ticarət dövriyyəmizdə 112,7 milyon dollarlıq (idxal 130,2 milyon, ixrac 17,5 milyon dollar), Qazaxıstanla olan ticarət dövriyyəmizdə 73,5 milyon dollarlıq (idxal 107,8 milyon, ixrac 34,3 milyon dollar), Qırğızıstanla olan ticarət dövriyyəmizdə 600 min dollarlıq (idxal 1,2 milyon, ixrac 600 min dollar), Moldova ilə olan ticarət dövriyyəmizdə 6,6 milyon dollarlıq (idxal 6,8 milyon, ixrac 200 min dollar), Rusiya ilə olan ticarət dövriyyəmizdə 967,3 milyon dollarlıq (idxal 1 milyard 554,3 milyon, ixrac 587 milyon dollar), Türkmənistan ilə olan ticarət dövriyyəmizdə 55,9 milyon dollarlıq (idxal 110 milyon, ixrac 54,1 milyon dollar), Ukrayna ilə olan ticarət dövriyyəmizdə 109,5 milyon dollarlıq (idxal 459,9 milyon dollar, ixrac 350,4 milyon dollar) mənfi saldo qeydə alınıb.

Qeyd etdiyimiz kimi, yalnız Tacikistanla olan ticarət dövriyyəmizdə mənfi saldo qeydə alınmayıb. Ötən il Tacikistana 2 milyon dollar dəyərində məhsul ixrac etsək də, bu ölkədən heç nə idxal olunmayıb.

DİGƏR XƏBƏRLƏR

Top