Şeyxülislam: "Dindarlar seçimlərini edib"

"Azərbaycanın bütün dindarları qarşıdan gələn prezident seçkilərində layiqli iştirak edəcək".

Bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə deyib.

O qeyd edib ki, Azərbaycanda hər bir vətəndaş kimi dindarlar da seçkilərdə fəal olmalıdır: "Biz 11 aprel seçkilərində iştirak etməliyik və dövlətçiliyimiz naminə çalışmalıyıq. İnanıram ki, dindarlar seçimlərini edib və kimə səs verəcəyini müəyyən edib. Bu gün azərbaycançılığın inkişafı hər bir insanın və o cümlədən dindarların borcudur". Report

DİGƏR XƏBƏRLƏR

Top