Braziliyada naməlum şəxslər ölkənin sabiq prezidenti Luis İnasiu Lula da Silvanın maşın karvanını atəşə tutublar. RİA "Novosti" xəbər verir ki, bu barədə keçmiş dövlət başçısının "Twitter" mikrobloqunda məlumat yerləşdirilib. "Sabiq prezident Lulanın avtomobil karvanı ölkənin cənubunda - Kedas-du-İquasu və Laranceyras-du-Sul şəhərləri arasında polis müşayiəti olmadan hərəkət zamanı yenicə ən azı üç dəfə atəşə tutulub. İki avtobusa ziyan dəyib, xəsarət alan olmayıb", - deyə məlumatda bildirilir.Report