Bu ölkədə uşaqlar üç yaşından məktəbə gedəcək


Fransa hökuməti məktəbə qəbul yaşını altıdan üçə endirməyi planlaşdırır. BBC xəbər verir ki, bu Fransa lideri E.Makronun təşəbbüsü ilə hazırlanmış təhsil ishatlarının layihəsində yer alır.

Qanun parlamentdə qəbul olunacağı təqdirdə Fransa Avropada məktəbə qəbul üzrə icbari yaş həddinin ən aşağı olduğu ölkəyə çevriləcək. Artıq Fransada bir çox valideynlər uşaqlarını 3-4 yaşlarından məktəbə qoyur.

Bununla bağlı hər hansı məhdudiyyət yoxdur. Statistikaya görə, göstərilən yaşlarda olan Fransa vətəndaşlarının yalnız 2,4 faizi məktəbə getmir. Oxu.az

DİGƏR XƏBƏRLƏR

Top