Bakıda mənzildə yanğın olub, sakinlər təxliyə edilib

Bakının Qaradağ rayonunda beşmərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində yerləşən, ümumi sahəsi 55 m² olan 3 otaqlı mənzilin yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb, yüksək temperaturdan dəhlizin lambirdən ibarət tavanı 5 m² sahədə əriyib. FHN-dən Modern.az-a verilən məlumata görə, yanğın zamanı 5 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.Modern.az

DİGƏR XƏBƏRLƏR

Top