Mingəçevirdə asma kanat fəaliyyətə başlayıb

Baharın ətri duyulduqca insanlar maraqlı əyləncə axtarır. Elə Mingəçevirdə Kürün üstündə yenicə istifadəyə verilən asma kanat da bu qəbildəndir. Kür çayı üzərində quraşdırılan əyləncə vasitəsi 2 vaqon olmaqla sağ sahildən sol sahilə hərəkət edir. 2 elektro motorla hərəkət etdirilən qurğu tam təhlükəsiz xidmət göstərir. Bu məlumatları Yeniavaz.com saytına operator Şaqan Quliyev verib. Onun sözlərinə görə, troslar üzərində hərəkət edən kabinalar 320 kq çəkiyə malikdir.

Şəhər sakinlərinin və turistlərin marağına səbəb olan kanat vasitəsi ilə hərəkət 1 nəfər üçün 2 manata başa gəlir.

Qeyd edək ki, kanat sağ sahildən, sol sahilə 8-10 dəqiqəyə gedir. Kanatdan istifadə edən şəhər sakinləri qiymətin baha olduğunu və hərəkət məsafəsinin az olduğunu bildiriblər.

Esmira Hidayətova, Mingəçevir

DİGƏR XƏBƏRLƏR

Top