Bakıda itkin düşən ərəb tapılıb - YENİLƏNİB​

Bakıda itkin düşmüş Birləşmiş Ərəb Əmirliklərindən olan turist tapılıb. Martın 27-də, saat 05:20 radələrində daun sindromlu, 17 yaşlı Sultan Abdullah itkin düşüb. 27 mart axşam radələrində isə o, öz həmvətəni tərəfindən tapılaraq ailəsinə təhvil verilib.Oxu.az

27 Mart

Bakıda daun sindromlu turist itib. Bu barədə jurnalist Mahir Məmmədli sosial şəbəkədə məlumat yayıb. O bildirib ki, 19 yaşlı Sultan Abdulla Birləşmiş Ərəb Əmirliyi vətəndaşıdır. Bu gün səhər saat 05:30-da "Winter Park hoteli" tərk edib. O vaxtdan xəbər yoxdur. Xəstəliyi ilə əlaqədar yaddaş problemi var. Onu görən şəxslər bu nömrələrə zəng vura bilər: 051 660 64 44; 055 361 11 65

Qafqazinfo

DİGƏR XƏBƏRLƏR

Top