Ağstafa sakini intihara cəhd edib

Ağstafa rayonunda intihara cəhd olub. Hadisə rayonun Dağkəsəmən kəndində baş verib. Kənd sakini, 1989-cu il təvəllüdlü Cavanşır Nadir oğlu Quşçuyev yaşadığı evdə özünü asaraq intihara cəhd edib. Yaxınları onun özünü asdığını görüb, dərhal onu xilas ediblər. O, huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Həkimlərin göstərdiyi köməklikdən sonra C.Quşçuyevin həyatını xilas etmək mümkün olub. Onun özünü öldürmək istəməsinin səbəbi isə hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır. Report

DİGƏR XƏBƏRLƏR

Top