"Bakıda 2 futbol meydançası boyda ərazidə ağaclar qırılır" - FOTO+VİDEO

Bakının Xətai rayonu M. Hadi 99 və 93 nömrəli binaların arasındakı yaşıllıq məhv edilir. Yeniavaz.com saytı xəbər verir ki, bu barədə foto və videoları sosial şəbəkədə Ayxan Məsimli adlı vətəndaş paylaşıb.

"Novruz bayramı başlayan kimi Xətai rayonu M. Hadi 99 və 93 nömrəli binaların arasındakı yaşıllığı sökməyə başlayıblar. 2-3 ilin ağaclarının çoxunu artıq kökündən çıxarıb, aparıblar. Təxminən 2 futbol meydançası böyüklükdə yerdir",-deyə Ayxan Məsimli bildirib.

Məsələ ilə bağlı Yeniavaz.com saytı olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"i ilə əlaqə saxladıq. Nazirlikdən məsələdən xəbərdar olduqlarını bildirdilər: "Bununla əlaqədar dünən və bu gün ərzində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin "Qaynar xətt"inə 3 müraciət daxil olub. Vətəndaşlar Xətai rayonu M. Hadi 99 və 93 nömrəli binaların arasındakı yaşıllığın qırıldığını bildiriblər. Məsələ Nazirliyin Ətraf Mühitin Mühafizəsi Departamentinə yönləndirilib, hazırda araşdırılır".

futbol

DİGƏR XƏBƏRLƏR

Top