Türkiyə ordusu Tel-Rıfatın təmizlənməsi məqsədilə antiterror əməliyyatına başlayıb

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Afrinin şərqində yerləşən Suriyanın Tel-Rıfat rayonunun terrorçu PKK/YPG-PYD terrorçularından təmizlənməsi məqsədilə antiterror əməliyyatına başlayıb. “Haberler” xəbər verir ki, Tel-Rıfat rayonu “Fərat qalxanı” əməliyyatı nəticəsində terrorçulardan təmizlənən Mare və Afrin bölgələri arasında yerləşir. Əməliyyatda Azad Suriya Ordusunun 10 min döyüşçüsü iştirak edir. Yerli əhali martın 23-də keçirdikləri nümayişdə “Türkiyə ordusu bizi də xilas etsin!” şüarını səsləndirib. Report

DİGƏR XƏBƏRLƏR

Top