Azərbaycana Hindistan, Pakistan və Çindən gələn turistlərin sayı artır

Azərbaycana Hindistan, Pakistan və Çindən gələn turistlərin sayı çoxalıb.

Bunu Azərbaycan Turizm Assosiasiyasının (AzTA) sədri Nahid Bağırov deyib.

N.Bağırovun sözlərinə görə, artım daha çox bu ilin yanvar ayından müşahidə edilir:

"Hindistanla birbaşa uçuşlarımız olmasa da, bu ölkədən Azərbaycana gələn turistlərin sayı artır. Artıq paytaxt küçələrində də hindistanlı turistləri daha çox görürük".

Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bu ilin yanvar-fevral aylarında Azərbaycana Hindistandan 3434, Pakistandan 3136, Çindən 1237 nəfər gəlib.Trend

DİGƏR XƏBƏRLƏR

Top