
Bir sıra Avropa ölkələri Böyük Britaniyanın Solsberi şəhərində zəhərlənmiş keçmiş casus Sergey Skripalın və qızı Yuliyanın işi üzrə əlaqədar rusiyalı diplomatları ölkədən çıxarmağa başlayıb.
Yeniavaz.com-un “Kommersant” qəzetinə istinadən verdiyi məlumata görə, bu çərçivədə Ukrayna ölkədən 13 rusiyalı diplomatı çıxarır. Fransa 4 rus diplomatın çıxarılması barədə məlumat verib.
Danimarka və Niderlandın hər biri isə 2 rusiyalı diplomatı ölkələrindən çıxarmaqla kifayətlənib. Latviya 1 rus diplomatını, eləcə də “Aeroflot” şirkətinin bir əməkdaşını çıxarır. Litva 3 rus diplomatı ölkədən tərk etməyə çağırmaqla yanaşı, 44 rus diplomatının ölkəyə girişinə qadağa qoyub.
Estoniya Rusiya səfirliyinin hərbi attaşesini ölkədən qovur. Polşa da həmrəylik nümayiş etdirərək 4 rus diplomatı arzuolunmaz şəxs elan edib. İrlandiya, Çexiya və Almaniya da eyni addım atmağa hazırlaşır.
Tətbiqimizi yükləyə bilərsiniz