Rusiya Ermənistanda hərbi polis formalaşdırır

Rusiyanın Ermənistanda yerləşən hərbi bazasında hərbi polis bölməsi formalaşdırılır.

Yeniavaz.com-un Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, buna qədər Gümrüdəki bazada asayişi qorumaq üçün müəyyən patrullar ayrılırdı.

Lakin onların tərkibinə daxil olan hərbçilərin xüsusi hazırlığı yoxuydu. Yeni bölməyə daxil olacaq hərbçilər Vladiqafqazdakı hərbi polis mərkəzində təlim keçiblər.

Hərbi polis Gümrü hərbi qarnizonunda hərbi intizamı qoruyacaq, yol hərəkətinin təhlükəsizliyini təmin edəcək və obyeklətin mühafizəsini təşkil edəcək. Analoji polis bölməsinin Yerevan hərbi qarnozinunda yaradılması da planlaşdırılır.

DİGƏR XƏBƏRLƏR

Top