"Azərbaycandan daha güclü komanda olduğumuzu düşünürəm"

“Artıq 6 gündür ki burdayıq. Komanda üçün hər cür şərait yaradılıb”. Bu sözləri Aleksandr Traykovski deyib. Martın 27-də millimizlə qarşılaşacaq Makedoniya millisinin hücumçusu əvvəlcə Finlandiya ilə oyun (0:0) haqqında danışıb: “İlk hazırlıq matçında rəqib güclü idi. İmkanlarımız oldu, amma yararlana bilmədik. Heç olmasa bir qol vurmaq istəyirdik”.

“Palermo”nun forvardı daha sonra yığmamızla qarşıdakı görüş barəsində fikirlərini bölüşüb: “İndi isə ancaq Azərbaycan haqqında düşünürük. Yaxşı nəticəyə ümid edirəm. Oyun keyfiyyətimizi ölçmək baxımından əlimizə yaxşı şans düşüb və biz həm hansı vəziyyətdə olduğumuzu bilmək, həm də mütləq qalib gəlmək üçün meydana çıxacağıq. Onlara qarşı həmişə yaxşı oynamışıq və Azərbaycandan daha güclü komanda olduğumuzu düşünürəm”.

Qeyd edək ki, iki komanda arasındakı görüş martın 27-də Antalyada Mardan Stadionunda oynanılacaq. Görüş saat 20:00-da start götürəcək. apasport

DİGƏR XƏBƏRLƏR

Top