Rusiyanın yeni super lazer silahı kanalizasiya borusundan hazırlanıb? - VİDEO

“Defence Blog” portalı Rusiya prezidenti Vladimir Putinin martın 1-də Federal Məclisə müraciətində təqdim etdiyi yeni super silahlardan birinin hazırlanmasında adi kanalizasiya borusundan istifadə olunduğuna diqqəti cəlb edib. Portal “Rossiya 24” telekanalında nümayiş etdirilən və müxtəlif yeni lazer sistemlərindən bəhs edən süjetinə əsasən bu qənaətə gəlib. Məlum olub ki, nümayiş etdirilən quröunun korpusunda adi kanalizasiya və tüstü boruları yer alır.

Belə ki, borulardan biri diametri 100-110 mm olan, rezin kipləşdiricisi olan adi kanalizasiya borusudur, belə borunun bir metrinin qiyməti 200 rubl həddindədir. Nümayiş etdirilən sistemin hansı məqsədə xidmət etdiyi dəqiqləşdirilmir.

Putinin təqdim etdiyi silahlardan biri döyüş lazer kompleksi idi. Kompleks avtomobil qoşqusu üzərində yerləşir və ona “Peresvet” adı verilib. virtualaz.org

lazer

DİGƏR XƏBƏRLƏR

Top