Goranboyda 37 il həbsdə yatan 57 yaşlı kişi saxlanılıb. O, bayram günü həmkəndlisinin mal-qarasını oğurladığı üçün tutulub. Etibar Qarayev martın 20-də Goranboyun Borsunlu kənd sakini Müşfiq Hümbətova məxsus ümumi dəyəri 5 min 200 manat olan 4 baş iribuynuzlu heyvanları tövlədən çıxarıb satamağa aparan zaman polis tərəfindən saxlanılıb.
Saxlanılan Etibar Qarayev oğurladıqları heyvanları satmaq üçün Dəlimmədli şəhərinə apardığını, amma istəyini həyata keçirə bilmədiyini deyib. 5 dəfə məhkumluq həyatını yaşayan 57 yaşlı kişi həbsdən 5 ay öncə çıxıb.
Faktla bağlı Goranboy rayon Polis şöbəsində araşdırmalar davam etdirlir.
Esmira Hidayətova, Goranboy