Qazaxda piyadanın ölümünə səbəb olan sürücü saxlanılıb

Qazax rayonunda piyadanın ölümünə səbəb olaraq hadisə yerindən qaçan sürücü saxlanılıb. 2002-ci təvəllüdlü Vəliyev Məmməd Rövşən oğlu Birinci Şıxlı kəndi ərazisində yolu keçərkən "Mercedes" markalı avtomobil tərəfindən vurulub. Ağır xəsarət alan piyada xəstəxanaya aparılan zaman yolda keçinib. Hadisəni törədərək ərazidən uzaqlaşan 1986-cı il təvəllüdlü sürücü İbrahimov Ramin Həmid oğlu bir müddətdən sonra saxlanılıb. Faktla bağlı araşdırma aparılır. report

DİGƏR XƏBƏRLƏR

Top