“Eurovision”un ilk qalibi 94 yaşında dünyasını dəyişib

İsveçrənin estrada müğənnisi, 1956-cı ildə dünyada "Avroviziya"nın ilk qalibi olmuş Liz Assia vəfat edib. Bu barədə "Blick" qəzetinə müğənninin keçmiş katibi xəbər verib.

Bildirilir ki, Liz Assia Sürixin rayonlarından birindəki xəstəxanada 94 yaşında dünyasını dəyişib. Qeyd edək ki, o, "Refrain" mahnısı ilə karyerasında ən böyük uğura nail olaraq, "Avroviziya"nın ilk qalibi kimi tarixə düşüb.

Sonralar müğənnini digər mahnı musabiqələrinə fəxri qonaq kimi dəvət edilib. Assia həmçinin ötən əsrin 50-ci illərində bir neçə filmə çəkilib. virtualaz.org

DİGƏR XƏBƏRLƏR

Top