Almaniyanın Yaşıllar Partiyasının millət vəkili Cem Özdemirə Ermənistan tərəfindən dövlət ləyaqət nişanı verilib. Yeniavaz.com-un “Yeniaşafak” qəzetinə istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın Berlindəki səfirliyi xəbər verib. Səfirlik özünün “Twitter” səhifəsində dövlət nişanının təqdimetmə mərasiminə dair xəbər və foto paylaşıb. Mərasim zamanı, həmçinin Alman-Erməni Cəmiyyətindən Raffi Kantiyanada analoji nişan verilib. Xatırladaq ki, Yaşıllar Partiyasını keçmiş həmsədri olan türkəsili C.Özdemir 1915-ci il hadisələrini “erməni soyqırımı” kimi tanıyır və 2016-cı il iyunun 2-də erməni iddialarının Almaniya parlamenti tərəfindən qəbul edilməsində xüsusi səy göstərib.